Gürcüstan

Ermənilərin azərbaycanlılara qarşı soyqırım faktları barədə kitab gürcü dilinə tərcümə olunacaq

1 Aprel 2010 10:47
Baxış: 133
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
GAK-ın mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, tədbirdə qərara alınıb ki, ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımlar, qırğınlara həsr olunmuş və Azərbaycan dilində nəşr olunmuş kitab gürcü dilinə tərcümə olunsun. GAK sədri Əli Babayev bildirib ki, hazırda hansı kitabın tərcümə olunacağı müəyyənləşdirilir. O, kitabın Konqresin nəzdində fəaliyyət göstərən Tərcümə Mərkəzində tərcümə olunacağını bildirib. Onun sözlərinə görə, gürcü dilində belə bir kitabın nəşri Azərbaycan həqiqətlərinin gürcü ictimaiyyətinə daha dolğun çatdırılmasına xidmət edəcək. Mərasimdə 1918-ci il mart soyqırımına həsr olunmuş film nümayiş etdirilib.

Tədbirin sonunda Konqres adından dünya ictimaiyyətinə müraciət qəbul olunub. Müraciətdə  bildirilir: "Son dövrlər qondarma "erməni soyqırımı"nın dünya ictimaiyyətində təbliği geniş vüsət alıb. Məhz bu dövrdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınları dünya ictimaiyyətinin diqqətini daha çox cəlb etmək üçün fəaliyyətlərini gücləndirməlidirlər". GAK beynəlxalq ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək 31 mart qırğınlarını soyqırım kimi tanımağa çağırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.