Gürcüstanda 3,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Seysmik Monitorinq Mərkəzi yayıb.
Yeraltı təkanların episentri paytaxt Tbilisidən 12 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 24 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə hər hansı məlumat verilməyib.
Milli.Az