Gürcüstan

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə meyit tapıldı

7 Yanvar 2025 21:22
Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Laqodexi bələdiyyəsinin Qabal kəndində orta yaşlı kişinin cəsədi tapılıb.

Milli.Az xəbər verir ki, meyit kənd qəbiristanlığının yaxınlığında aşkarlanıb. Sakinlərin sözlərinə görə, qəbiristanlıqda işləyən həmin şəxs qətlə yetirilib.

Məlumata görə, bir neçə ay əvvəl onun yerli sakinlərlə mübahisəsi olub və bundan sonra o, yoxa çıxıb. Ailə üzvləri həmin vaxtdan onu itkin kimi axtarıblar.

Bildirilib ki, bir neçə gün öncə onun telefonu və şəxsiyyət vəsiqəsi tapılıb, daha sonra isə cəsədi aşkarlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.