Gürcüstan

Gürcüstanın sabiq prezidenti Konstitusiyanı pozduğuna görə cəzalandırıldı

30 Dekabr 2024 23:35
Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili ölkə Konstitusiyasını pozduğuna görə dövlət mühafizəsindən məhrum edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Prezident Mixail Kavelaşvilinin imzaladığı "Dövlət təhlükəsizliyi haqqında" qanuna dəyişikliklər təsdiq edir.

Əvvəlki qanuna əsasən, səlahiyyət müddəti başa çatdıqdan sonra bir il ərzində prezident, baş nazir və parlament sədrinin dövlət mühafizəsi saxlanılırdı, lakin qanunvericiliyə edilən dəyişikliklər kontekstində vəzifələrin icrası zamanı pozuntular Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildikdə, şəxsi mühafizə nəzərdə tutulmur.

Xatırladaq ki, ötən il Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin hökumətlə razılaşdırılmayan xarici səfərlərlə Konstitusiyanı pozduğunu ifadə etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.