"Gürcü Arzusu Partiyası ölkədə dördüncü inqilab cəhdinin qarşısını aldı".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri ölkənin Baş naziri İrakli Kobaxidze ölkədə etiraz aksiyası iştirakçılarının fəallığının azalmasından danışarkən deyib.
"Radikal müxalifət güc resurslarını itirdi. Biz artıq dördüncü inqilab cəhdinin qarşısını aldıq - 800 nəfər (bir gün əvvəlki aksiyada iştirak ediblər). 4 siyasi partiya və 10-dan çox varlı QHT - bunlar Rustaveli prospektində heç 800 nəfəri də yığa bilmirlər. İtalyanların dediyi kimi, "finita la komediya" - hər şey bitdi", - deyə Kobaxidze bildirib.
Milli.Az