"Bu gediş ağrılı proseslə baş verəcək, 15 gün sonra..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstanda keçirilən prezident seçkilərində hakim partiyanın irəli sürdüyü bir namizəd iştirak edir:
Mixail Kavelaşvili. Müxalifət üçün prezident hələ də Salome Zurabişvilidir və seçkilərin legitimliyini tanımır. Hərçənd, vəziyyəti dəyişdirmək imkanları məhduddur:
1. Bu seçkilərdə Gürcüstan prezidentini xalq yox, Seçicilər Kollegiyası (SK) seçəcək;
2. Müxalifət prosesdə iştirak etməsə belə, hakim partiya SK-də kvotanı təmin edə bilir;
SK-nin tərkibini parlament üzvləri (150 deputat), Acarıstan Muxtar Respublikasının Ali Şurasının üzvləri (21 nəfər), Abxaziya Muxtar Respublikasının Ali Şurasının üzvləri (21 nəfər) və yerli idarəetmə orqanlarının məclis üzvləri (109) təşkil edir.
Müxalifət parlamenti boykot etdiyi üçün SK-də də iştirak etmir. Lakin kollegiyada yetərsay (hakim partiyanın 89 deputatı, Acarıstan və Abxaziya nümayəndələri və 109 yerli nümayəndə) təmin olunur və bu, seçkini legitimləşdirir. Kollegiya üzvləri tam tərkibdə iştirak edirsə, prezidetin seçilməsi üçün 150+, tam iştirak etmirsə, üçdə ikinin səsi yetərlidir. Bütün ssenarilər hakim partiyanın irəli sürdüyü yeganə namizədin seçiləcəyi yönündədir.
Hərçənd, əsas problem seçkidən sonrakı prosesdir. Hazırki Prezident Zurabişvili seçkini tanımır və postunu tərk etmək fikrində olmadığını deyir. Gürcü Arzusu isə Zurabişviliyə dekabrın 29-na - yeni prezidentin andiçməsinə qədər iqamətgahı tərk etmək çağırışı edib, əks təqdirdə, "zorla çıxarmaq"dan bəhs edirlər. Zurabişvilinin önündə seçim çox deyil:
- Seçkinin legitim olmadığını qanunla əsaslandırmalıdır: ki, bu mümkün görünmür, çünki mövcud qaydalar hakim partiyanın xeyrinədir;
- Qərbin hakimiyyətə təzyiqini təmin etməlidir: Gürcü Arzusunun təzyiqlər və çağırışlar qarşısında immunitent qazandığı görünür;
- Etirazçıları prezident iqamətgahına cəlb edə və küçə mübarizəsi apara bilər: indiyə qədər keçirilən aksiyaların nəticə verməməsi bu ssenarinin də uğurlu olacağına inamı azaldır.
Zurabişvilinin qaçılmaz görünən gedişinin ağrılı proseslə baş verəcəyi görünür.
Asif Nərimanlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
-
680 tonluq böyük siyasət: işğal altındakı Abxaziyanı kim yanacaqla təmin edir?
XƏBƏR LENTİ
-
Dueyn Conson tanınmaz halda - (Foto)
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
Telefonları folqaya bükməyə başladılar
-
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlandı
-
Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
Ərdoğanın geyimində diqqətçəkən məqam - (Foto)
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı - (Foto)
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır
-
Halit Ergenç və Məryəm Üzərli Misirdə - (Foto)
-
Sabah Yasamal və Binəqədidə işıq olmayacaq
-
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - (Foto)
-
Bu gündən varlanmağa başlayacaq bürclər
-
Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - (Video)
-
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
-
"28 Mall"un qarşısında ölüm - təfərrüat
-
Evinin "kupça"sı olmayanlara şad xəbər
-
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı





