"İstənilən təxribata ən sərt cavab veriləcək"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Biz radikal müxalifəti təxribatlar planlaşdırmaqdan çəkinməyə çağırırıq. İstənilən təxribata dövlət tərəfindən ən sərt cavab veriləcək".
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Baş Prokurorluğunun ötən gün yaydığı bəyanatla əlaqədar keçirdiyi brifinqdə deyib.
O, bildirib ki, "Gürcü Arzusu" partiyasının reytinqi hazırda 60 faizdir və müxalif Vahid Milli Hərəkat bu seçkilərdə 9-cu dəfə məğlubiyyətə uğradılacaq. Hökumət başçısı hüquq-mühafizə orqanlarını qarşıdakı iki həftə ərzində xüsusilə diqqətli olmağa çağırıb.
"Təqsirləndirilən Darço Xeçuaşvilinin şübhəli şəkildə Gürcüstana qeyri-qanuni daxil olmaq cəhdini və radikal müxalifətin partiya ofislərində gedən danışıqları nəzərə alaraq, mən bütün hüquq-mühafizə orqanlarını növbəti iki həftə ərzində daha ehtiyatlı olmağa və təxribatların qarşısını almaq üçün xüsusilə diqqətli işləməyə çağırıram", - Kobaxidze bildirib.
Kobaxidze qeyd edib ki, dövlət heç kimə ölkədə qarışıqlıq yaratmağa imkan verməyəcək.
Xatırladaq ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu 2016-cı ildə sabiq deputat Givi Targamadzeyə qarşı sui-qəsd təşkil etmək ittihamı ilə axtarışda olan Darço Xeçuaşvilinin saxlanılması ilə bağlı məlumat yayıb. Bildirilib ki, şübhəlinin dindirilməsi zamanı Givi Targamadzenin izlənilməsi ilə bağlı tapşırığın sabiq Prezident Mixeil Saakaşvili tərəfindən verildiyi məlum olub. Məlumata görə, Saakaşvili Şota Çiçiaşvili ilə görüşdə ona Targamadzenin loyallığına şübhə etdiyini və izlənilməsi göstərişi verib. Çiçiaşvili isə bu işi Gürcüstan Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı olan Darço Xeçuaşviliyə həvalə edib. Qeyd olunub ki, bunun müqabilində Darço Xeçuaşviliyə Ukraynanın Odessa vilayətində vəzifə təklif edilib. 2016-cı ildə deputat Givi Targamadzenin avtomobili partladıldıqdan sonra Darço Xeçuaşvili Çiçiaşvilinin təlimatı ilə Türkiyəyə qaçıb.
Cinayət işində Saakaşvili ilə yanaşı Gürcüstanın sabiq daxili işlər naziri müavini, hazırda Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini olan Gia Lordkipanidzenin adı hallanır.
Qeyd edək ki, Givi Targamadze Baş Prokurorluğun bəyanatına etiraz edib. O, sui-qəsd cəhdinin arxasında sabiq Prezident Mixeil Saakaşvilinin deyil, Gürcü Arzusu partiyasının dayandığını, bununla əlaqədar dəlilləri Baş Prokurorluğa artıq təqdim etdiyini bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev





