Gürcüstan

Üç-dörd ilə miqrantlar ölkəmizə qayıdacaq - Kobaxidze

10 Oktyabr 2024 20:38
Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstana miqrantların qayıdışı təxminən üç-dörd ildən sonra başlayacaq.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.

"Əminəm ki, bir neçə ildən sonra Gürcüstana miqrantların fəal qayıdış prosesi başlayacaq. Bunun əsas açarı iqtisadiyyatın inkişafıdır. Miqrantların vətənə qayıtması əsas prioritetlərdən biridir və bu tapşırığın yerinə yetirilməsi ciddi çətinliklərlə müşayiət olunur", - Kobaxidze deyib.

Gürcüstan Statistika Komitəsinin məlumatına görə, son 10 ildə ölkədən 779,2 min insan çıxıb, 534,3 min insan isə geri dönüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.