Zurabişvilini bu dəfə “saxtakar” adlandırdılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstanın hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının Baş katibi, Tbilisinin meri Kaxa Kaladze ölkə Prezidenti Salome Zurabişvilini "saxtakar" və "ölkə Konstitusiyasını pozan birinci şəxs" adlandırıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kaladze bu barədə Zurabişvilinin Almaniyaya planlaşdırılan səfərinə münasibət bildirərkən danışıb.
"Konstitusiyanı pozan birinci şəxsin səfərini necə qiymətləndirmək olar. Əksinə olmalıdır, o, Konstitusiyanı müdafiə edən birinci şəxs olmalıdır", - deyə Kaladze qeyd edib.
Onun sözlərinə görə, Zurabişvili müxtəlif platformalarda Gürcüstana Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunun verilməsinə layiq olmadığını birbaşa bəyan edib: "O, ölkənin nüfuzuna hər hansı şəkildə xələl gətirmək üçün hər şeyi edir: "Məni ümumiyyətlə Salome Zurabişvilinin nə düşündüyü maraqlandırmır. Sizin hökumətlə hansısa fikir ayrılığınız ola bilər, kimdənsə xoşunuz gəlməyə bilər, amma niyə ölkəyə zərər vurursunuz? Ölkəyə zərər vurmaq üçün necə belə saxtakar olmaq olar?"
Qeyd edək ki, Gürcüstan Konstitusiyasına görə, Salome Zurabişvili xarici ölkələrə səfərləri və rəsmi görüşləri yalnız hökumətin razılığı əsasında həyata keçirə bilər. O, ötən il hökumətin razılığı olmadan Avropaya səfər etmişdi.
Onu da bildirək ki, Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer sentyabrın 30-da Berlində Gürcüstan və Almaniya prezidentləri arasında görüş keçiriləcəyini bildirib.
Xatırladaq ki, daha əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Zurabişvilini "xarici agent" adlandırmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında öldülər
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək





