Gürcüstan

Qaribaşvili istefa verdi - YENİLƏNİB

29 Yanvar 2024 17:14
Baxış: 2 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Gürcüstan" yayıb.

Xatırladaq ki, "İmedi" telekanalı ölkənin hakim "Gürcü arzusu - demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidzenin namizədliyinin Baş nazir postuna irəli sürüləcəyi barədə məlumat yaymışdı. Bildirilirdi ki, İ.Qaribaşvili isə partiyanın sədri vəzifəsinə təyin ediləcək.

Onu da qeyd edək ki, Qaribaşvili Baş nazir vəzifəsini iki dəfə - 2013-2015 və 2021-2024-cü illərdə icra edib. Kobaxidze isə 2021-ci ilin yanvarından hakim partiyanın sədridir.

--------

15:39

Hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının hazırkı sədri İrakli Kobaxidze Baş nazir postunu, Gürcüstanın indiki Baş naziri İrakli Qaribaşvili isə partiya sədri vəzifəsini tutacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Məlumata görə, yanvarın 24-də Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası keçirilib:

"İclasda partiyanın qurultayının fevralın 1-də keçirilməsi qərara alınıb və həmin qurultayda dəyişikliklərin açıqlanması nəzərdə tutulub. Bundan əlavə, Kobaxidze Gürcü Arzusu Partiyasının siyasi katibi postunu da tutacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.