Oğlunu girov saxlayan gürcü 2000 güllə ilə qətliama hazırlaşırdı, sonda intihar etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstanın Saqareco (Kaxeti) şəhərində baş verən faciənin təfərrüatı bəlli olub. Məlum olub ki, eyvanından insanları gülləbaran edən kişi ilə oğlu arasında münaqişə yaşanıbmış.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, hadisədən əvvəl təqsirləndirilən şəxsin oğlu bir neçə saat mənzilindən çıxa bilməyib. Kişi eyvana çıxıb qonşulara atəş açmağa başladıqdan sonra gənc evdən küçəyə qaçıb və qonşulara qışqıraraq qaçmaları, atasının ehtiyatda 2000 gülləsi olduğu barədə xəbərdarlıq edib.
Bu məlumatı yerli sakinlər veriblər. Araşdırmalar davam edir. Təqsirləndirilən şəxsin uşaqları və keçmiş həyat yoldaşı dindirilir. Hücumun motivinin nə olduğu dindirildikdən sonra məlum ola bilər.
Əsas şahid atışma zamanı atası ilə birlikdə mənzildə olan oğludur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzildən döyüş sursatı və silah-sursat aşkarlayıblar, onları sübut kimi möhürlənib.
Xatırladaq ki, 48 yaşlı kişi mənzilin eyvanından həyətdəki insanlara, daha sonra isə hadisə yerinə gələn polis əməkdaşlarına atəş açıb. Hadisə şahidlərinin sözlərinə görə, atışma yerli vaxtla təxminən 00:10-da başlayıb və bir saat davam edib. Rəsmi məlumatlara görə, biri polis olmaqla beş nəfər həlak olub. Daha beş nəfər, o cümlədən bir qadın xəstəxanadadır. Bundan əlavə, atəş açan kişinin özü də ölüb - ehtimal ki, özünü güllələyib.
Media təqsirləndirilən şəxsin Nodar Atuaşvili olduğunu öyrənib. O, bu mənzildə son beş ildə tək yaşayıb. Atuaşvili 2006-cı ildən 2021-ci ilə qədər Gürcüstan Müdafiə Qüvvələrində xidmət edib, həmçinin Əfqanıstanda olub və sülhməramlı missiyada iştirak edib.
Hazırda Gürcüstan Cinayət Məcəlləsinin iki maddəsi - "Ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə" və "Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə" maddələri ilə istintaq aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
-
680 tonluq böyük siyasət: işğal altındakı Abxaziyanı kim yanacaqla təmin edir?
-
Tbilisi su altında qaldı
-
12 yaşlı azərbaycanlı qəzada öldü
-
Gürcüstanda dövlət bayraqları yarıya endirildi
XƏBƏR LENTİ
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)





