Bazarın ümumi qiymətləndirilməsi
Qısa müddət ərzində bazarın maksimum əhatə olunması. Bu sənaye sahəsinin ən müasir tələblərə uyğun olan innovasiya və layihələr. Qida sənayesinin peşəkarları, habelə ərzaq məhsulları, içkilər və xalq istehlakı mallarının istehsalçıları, ixracatçıları və idxalçıları üçün mükəmməl iş meydançası. Bu sahədə əldə olunan nailiyyətlərin ən dolğun çeşidi ilə tanış olmaq, yeni məhsulları şəxsən sınaqdan keçirmək və mütəxəssislərdən məsləhət almaq üçün imkan.
Maksimal işgüzar əlaqələr
Üç gün ərzində qida sənayesi, qablaşdırma və avadanlıq istehsalı sahələrinin aparıcı şirkətləri ilə fəal görüşlər və danışıqlar. Mövcud əlaqələrin möhkəmləndirilməsinə, yeni tərəfdaş axtarışına və Azərbaycanın qida sənayesində ən yeni texnologiyaların tətbiqinə şərait yaradan səmərəli platforma və iş meydançası. İşgüzar əlaqələr, təcrübə və informasiya mübadiləsi, məşhur dünya brendlərinin nümayəndələri ilə danışıqlar və qarşılıqlı faydalı müqavilələr üçün unikal imkan.
"WorldFood Azerbaijan" sərgisində nümayiş etdirilir:
Ət, süd məhsulları, konservləşdirilmiş məhsullar, baqqaliyyə məhsulları, inqrediyentlər, çay, meyvə və tərəvəz, qənnadı məmulatları, içkilər, laboratoriya analizləri üçün avadanlıq, çörəkçilik avadanlığı, ambar avadanlıqları.
Eksponentlərin ümumi sayının 60%-ni debütantlar təşkil edəcək. Belə ki, ilk dəfə sərgidə süd və qablaşdırma məhsullarının istehsalçısı olan "Milla" şirkəti, Krasnodarın Korenovskiy Süd-Konserv zavodu, İordaniyanın meyvə şirələri və enerji içkiləri istehsal edən "Defaf" şirkəti və Şri-Lankanın lüks çay markası "SebasTea" təqdim olunacaq. Qurmanlar Qazaxıstanın məşhur "Raxat" və "Bayan Sulu" müəssisələrinin qənnadı məmulatlarını və Ukraynanın "Merkuri" şirkətinin karamellərini qiymətləndirə biləcəklər. Qablaşdırma sektoru Çexiya, Gürcüstan, Türkiyə və Rusiyadan olan şirkətlər tərəfindən təmsil olunacaq. Müxtəlif ölkələrin, o cümlədən Belçika, Latviya, Moldova və İranın milli qrupları isə ayrıca stendlərlə iştirak edəcəklər. İlk dəfə olaraq, "Amerikanın Ət İxracı Assosiasiyası" bütün arzu edənlər üçün ətin düzgün hazırlanması və bişirilməsi mövzusunda "master-klass" keçirəcək və istəyən hər bir kəs bişirilmiş ətin dadına baxa biləcək.
Sizi sərginin qonaqları arasında görməyə şad olarıq və ümid edirik ki, bu tədbiri ziyarət etməyiniz sizin üçün həm məhsuldar, həm də faydalı olacaq.
Milli.Az
Sərgilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"WorldFood Azerbaijan" sərgisi keçiriləcək
20 May 2013 12:27
Baxış: 502

DİGƏR XƏBƏRLƏR
-
Pensiya nə vaxtdan artımla veriləcək? - Tarix AÇIQLANDI
-
Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi - FOTOFAKT
-
Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib
-
Azərbaycan generalları niyə hərbi hissələrə intensiv baş çəkir?
-
Mövqelərimiz atəşə tutuldu
-
İran və Rusiya dörd yeni əməkdaşlıq sənədi imzalayıb
XƏBƏR LENTİ
-
Sevgidən tez bezən, ciddi əlaqədən qaçan BÜRCLƏR
-
Aysel dəbdəbəli bağını göstərdi - VİDEO
-
25 ilə insanlar 1000 il yaşaya biləcək
-
"Aşk-ı Memnu"nun Bülenti illər sonra - FOTO
-
Gözbəbəkləri və yaddaş arasındakı heyrətamiz əlaqə
-
Gənclər arasında ani ölümə səbəb nədir?
-
Maşındakı bu problem sizi yolda qoya bilər - 500 manata qədər xərci var
-
Bir gündə iki dəhşət: Qadın ətrafdakılara bıçaqla hücum çəkdi
-
Çimdiyi sudan sabunlar hazırlatmışdı, 8 saniyəyə satıldı - FOTO
-
Günün qoroskopu: Əlaqələrdən gələn fürsətlərə üstünlük ver
-
Bu şəxsə görə qəsəbə saatlarla işıqsız qaldı - FOTO
-
Arvadına əsəbləşdi, maşını piyadaların üstünə sürdü - Xeyli yaralı var - FOTO
-
"Qumar kralı" şəkili Yusifin "sağ əli" həbs edildi - FOTO
-
Voleybol millimiz Gürcüstana qalib gəldi
-
Azərbaycandakı boyalı saxta çaylar – Onları belə tanıyın – ARAŞDIRMA
-
Ailəsi roluna etiraz etdi, peşəkarlığının zirvəsini göstərdi
-
Əfsanəvi “Peking to Paris Motors Challenge” avtomobil yarışı yenidən Azərbaycandan keçir - FOTO
-
Varlanmağın yolları - Azərbaycanlı deputatdan məsləhətlər
-
Azərbaycanlı aktrisanı skuter vurdu, beyni silkələndi
-
Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq
-
Pakistanda partlayış oldu: 6 ölü var
-
"Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi"
-
Bu yolda sürət həddi endirildi
-
Mask geri addım atdı