"WorldFood Azerbaijan" sərgisi keçiriləcək

20 May 2013 12:27
Bazarın ümumi qiymətləndirilməsi

Qısa müddət ərzində bazarın maksimum əhatə olunması. Bu sənaye sahəsinin ən müasir tələblərə uyğun olan innovasiya və layihələr. Qida sənayesinin peşəkarları, habelə ərzaq məhsulları, içkilər və xalq istehlakı mallarının istehsalçıları, ixracatçıları və idxalçıları üçün mükəmməl iş meydançası. Bu sahədə əldə olunan nailiyyətlərin ən dolğun çeşidi ilə tanış olmaq, yeni məhsulları şəxsən sınaqdan keçirmək və mütəxəssislərdən məsləhət almaq üçün imkan.

Maksimal işgüzar əlaqələr

Üç gün ərzində qida sənayesi, qablaşdırma və avadanlıq istehsalı sahələrinin aparıcı şirkətləri ilə fəal görüşlər və danışıqlar. Mövcud əlaqələrin möhkəmləndirilməsinə, yeni tərəfdaş axtarışına və Azərbaycanın qida sənayesində ən yeni texnologiyaların tətbiqinə şərait yaradan səmərəli platforma və iş meydançası. İşgüzar əlaqələr, təcrübə və informasiya mübadiləsi, məşhur dünya brendlərinin nümayəndələri ilə danışıqlar və qarşılıqlı faydalı müqavilələr üçün unikal imkan.

"WorldFood Azerbaijan" sərgisində nümayiş etdirilir:

Ət, süd məhsulları, konservləşdirilmiş məhsullar, baqqaliyyə məhsulları, inqrediyentlər, çay, meyvə və tərəvəz, qənnadı məmulatları, içkilər, laboratoriya analizləri üçün avadanlıq, çörəkçilik avadanlığı, ambar avadanlıqları.

Eksponentlərin ümumi sayının 60%-ni debütantlar təşkil edəcək. Belə ki, ilk dəfə sərgidə süd və qablaşdırma məhsullarının istehsalçısı olan "Milla" şirkəti, Krasnodarın Korenovskiy Süd-Konserv zavodu, İordaniyanın meyvə şirələri və enerji içkiləri istehsal edən "Defaf" şirkəti və Şri-Lankanın lüks çay markası "SebasTea" təqdim olunacaq. Qurmanlar Qazaxıstanın məşhur "Raxat" və "Bayan Sulu" müəssisələrinin qənnadı məmulatlarını və Ukraynanın "Merkuri" şirkətinin karamellərini qiymətləndirə biləcəklər. Qablaşdırma sektoru Çexiya, Gürcüstan, Türkiyə və Rusiyadan olan şirkətlər tərəfindən təmsil olunacaq. Müxtəlif ölkələrin, o cümlədən Belçika, Latviya, Moldova və İranın milli qrupları isə ayrıca stendlərlə iştirak edəcəklər. İlk dəfə olaraq, "Amerikanın Ət İxracı Assosiasiyası" bütün arzu edənlər üçün ətin düzgün hazırlanması və bişirilməsi mövzusunda "master-klass" keçirəcək və istəyən hər bir kəs bişirilmiş ətin dadına baxa biləcək.

Sizi sərginin qonaqları arasında görməyə şad olarıq və ümid edirik ki, bu tədbiri ziyarət etməyiniz sizin üçün həm məhsuldar, həm də faydalı olacaq.

Milli.Az