Eurovision

Samirə “Eurovision”da casus Mata Haridən oxuya bilər

10 Fevral 2021 13:29
Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Samirə Əfəndinin "Eurovision" mahnı müsabiqəsi üçün namizəd 6 mahnının adı açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən bəstələr Əfəndinin ifasında "Focus Group"a təqdim edilib, biri qalib seçiləcək.

Bunlar ingilis dilində "Mata Hari", "Ratata", "When I'm gone", "Manifesto", "Breathing You" və "Owe You Pretty"dir. Mahnılar arasında "When I'm gone" və "Breathing you" ballada stilindədir. Digər dördü isə yüksək templidir.

Məlumatı "İnfe Azerbaijan" ictimaiyyətə təqdim edib.

Bundan əlavə, mahnılar arasında ən diqqətçəkən "Mata Hari"dir. Belə ki, sözügedən bəstə əslən Hindistandan olan rəqqasə, alman kəşfiyyatçı Mata Hari (Marqareta Qertruda Zelle) ilə bağlıdır. O, 50 min fransız əsgərin ölümündə təqsirli hesab edilərək 1917-ci ildə edam olunub. 41 yaşlı Mata ölümündən sonra dünyada "Fransanı məhv edən qadın" adı ilə daha da məşhurlaşıb.

Onun haqqında çoxlu sayda filmlər çəkilib. Həmçinin, o, dünyanın axarını dəyişən əfsanəvi kəşfiyyatçı qadın olaraq qalmaqda davam edir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.