Eurovision
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün “Eurovision-2010” müsabiqəsinin final mərhələsi keçiriləcək
29 May 2010 09:14
Baxış: 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Norveçin paytaxtı Osloda "Eurovision-2010" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.
APA-nın məlumatına görə, final konsertini "Eurovision-2009" müsabiqəsinin qalibi Aleksandr Rıbak ötən il ona qalibiyyət gətirən "Fairytale" mahnısının yeni versiyası ilə açıq elan ediləcək. Finaldan əvvəl keçirilən əsas məşqdə finalda çıxış edəcək 25 ölkə təmsilçisinin hər biri öz mahnısını nümayiş etdirib. Finalda 25 ölkə arasında 1-ci Azərbaycan təmsilçisi Səfurə Əlizadə çıxış edib. Onun əsas məşqdəki ifasını qənaətbəxş qiymətləndirmək olar. Əsas məşqdə İsrail təmsilçisi Harel Skaat ("Milim") mükəmməl ifa nümayiş etdirib. Ermənistan təmsilçisi Eva Rivasın ifası zamanı onun səsi titrəyib. "Eurovision-2010" müsabiqəsinin əsas favoritlərindən biri olan Almaniya təmsilçisi Lena "Satellite" mahnısını o qədər də yaxşı ifa etməyib. Hətta sənətçinin əsas məşqdə ifası zamanı nəfəsinin çatmaması da nəzərdən qaçmayıb. Onu da bildirək ki, artıq bu məşqə əsasən bu il müsabiqədə təmsil olunan 39 ölkənin hər birinin öz münsiflər heyəti finalda iştirak edəcək 25 təmsilçiyə səslərini verirlər. Artıq məlum olduğu kimi bu il "Eurovision-2010" müsabiqəsində qalib 50-50-yə seçiləcək. Yəni səslərin 50 faizi hər ölkənin münsiflər heyətinə, digər 50 faizi isə tamaşaçıların səsverməsi ilə olacaq.
Qeyd edək ki, bu gün keçiriləcək "Eurovision-2010" mahnı müsabiqəsinin final mərhələsində Azərbaycan 1, İspaniya 2, Norveç 3 Moldova 4, Kipr 5, Bosniya və Herseqovina 6, Belçika 7, Serbiya 8, Belarus 9, İrlandiya 10, Yunanıstan 11, Böyük Britaniya 12, Gürcüstan 13, Türkiyə 14, Albaniya 15, İslandiya 16, Ukrayna 17, Fransa 18, Rumıniya 19, Rusiya 20, Ermənistan 21, Almaniya 22, Portuqaliya 23, İsrail 24, Danimarka 25-ci çıxış edəcək.
Səfurə Əlizadəni dəstəkləmək üçün 1 yazıb hər ölkənin koduna göndərmək lazımdır. Bununla da Azərbaycan təmsilçisini dəstəkləmiş olacaqsınız. Azərbaycanda yaşayan vətəndaşların nəzərinə çatdıraq ki, səsvermədə Səfurə Əlizadəyə səs göndərmək hüququ yoxdur. Göndərilən səslər də saya alınmayacaq. Bəyəndiyiniz ifanı dəstəkləmək üçün çıxış təmsilçinin çıxış nömrəsini yazıb 9450 koduna göndərməlisiniz.
/APA/

XƏBƏR LENTİ
-
Tənhalıq demensiya riskini artırır
-
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Almanın üzərinə bir çimdik əlavə edin: faydası birə beş artır
-
Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - (Video)
-
“Mustafa”nın yeni layihəsi bəlli oldu
-
Günün qoroskopu: Hər kəsin yükünü üzərinizə götürməyin
-
Rusiya ilə dost ola bilərik - Zelenski
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib - (Video)
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi
-
Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
-
Sabunçuda “Chevrolet” yandı