Seçkilər

Müşahidə üçün müraciət müddəti sabah başa çatır

2 Fevral 2020 10:50
0 Şərh     Baxış: 1 586
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edilməsi prosesi sabah başa çatır.

Milli.Az-ın Mərkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, Seçki Məcəlləsinin 1.1.19, 40.4, 40.5, 40.7-ci maddələrinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış  namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) tərəfindən müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edilməsi prosesi seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək başa çatmalıdır.

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı bu müddət fevralın 4-dək olan dövrü əhatə edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.