Seçkilər

Yelena Sidorenko namizədliyini geri götürdü

26 Yanvar 2020 12:59
7 Şərh     Baxış: 2 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Yelena Eyvazlı (Sidorenko) namizədliyini geri götürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Yelena özü sosial şəbəkədə yazıb:

"Kimsə məni qınayacaq, kimsə anlayacaq. Bildirim ki, bu seçki prosesinə mən və komandam xüsusi ilə hazırlaşdıq. Müasir seçki kampaniyasını nümayiş etdirməyə çalışdıq. Rəy və fikirlərə görə bu bizdə alındı. Lakin, ailəmlə məsləhətləşdik və müəyyən problemləri göz önünə alaraq seçki kampaniyamızı dayandırmağa qərar verdik. Bu günlərdə Lənkəran mənim üçün əsl evə, lənkəranlılar isə ailəmə çevriliblər. Sevinirəm ki, artıq Lənkəranda bir evə deyil, yüzlərlə evə elə öz evim kimi rahat gedə bilərəm. Mən öz gələcək fəaliyyətimdə Lənkəran üçün faydalı olmağa çalışacam. Amma, gözlədiyiniz kimi, sizin millət vəkili kimi deyil. Arzu edirəm ki, ölkədə aparılan islahatlar icraçılar tərəfindən vicdanla icra ediləcək və Vətənim, Azərbaycanımız inkişaf edəcək".

Sidorenko xüsusilə xahiş edib ki, məsələ ilə bağlı ona əlavə müraciətlər edilməsin:

"Biz tarix yazdıq, elə tarix olaraq qalsın".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.