Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ali Neft Məktəbi (BANM) I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə ölkədə liderdir.
Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi" haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi bu təqaüdlərə layiq görülüb.
Beləliklə, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatdı.
İndiyədək böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb.
Belə ki, müvafiq Sərəncamla, bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdüçüsü adını qazanıb.
Qeyd edək ki, 23 Prezident təqaüdçüsündən 15 nəfər BANM-in "İnformasiya təhlükəsizliyi" ixtisasını, 5 nəfər "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasını, 2 nəfər "Kimya mühəndisliyi" ixtisasını, 1 nəfər isə "Neft-qaz mühəndisliyi" ixtisasını seçib.
I qrup üzrə ən yüksək bal toplayan (690.5 bal) Əsmər Hacızadə Prezident təqaüdçüsü və Bakı Ali Neft Məktəbinin tələbəsidir. Ali Məktəb üzrə 11 nəfər 680-dən çox bal toplayıb. Bu il BANM-in Prezident təqaüdçülərinin ən minimal balı isə 674.1 olub.
Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarının, 47 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Bakı Ali Neft Məktəbinin 9 təqaüdçüsü Bakı, 14 nəfər isə müxtəlif şəhər və rayon (o cümlədən 1 nəfər kənd məktəbinin, 1 nəfər isə işğal altında olan rayonlara aid məktəbin) məzunlarıdır.
Məlumat üçün bildirək ki, 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Prezident Fərmanı ilə təsis edilən Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği son illər dəfələrlə artırılaraq 210 manat müəyyən edilib.
Milli.Az
XƏBƏR LENTİ
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib





