Təhsil

Bakı Ali Neft Məktəbi ilə Cenevrə Biznes Məktəbi əməkdaşlıq razılaşması imzaladı

2 May 2019 14:20
Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbində (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə Neft və Qaz Menecmenti üzrə birgə MBA proqramı barədə əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Milli.Az xəbər verir ki, razılaşmanın məqsədi Beynəlxalq Biznes Məktəbləri (IBS) vasitəsi ilə GBS və BANM arasında tədris və akademik sahələrdə tərəfdaşlıqdır. İmzalanma mərasimində Ali Məktəbin professor-müəllim heyəti və əməkdaşları ilə yanaşı, SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi idarəsinin rəis müavini Kamran Dadaşov və İdarənin İqtisadi göstəricilər və maliyyə modelləşdirməsi şöbəsinin rəisi Ziya Mürsəlov da iştirak ediblər. Razılaşmaya əsasən Bakı Ali Neft Məktəbi növbəti tədris ilindən etibarən GBS-in tədris proqramı əsasında Neft və Qaz Menecmenti üzrə MBA proqramına qəbul həyata keçirəcək. Proqram çərçivəsində tələbələrə neft-qazın treydinqi, rəqəmsal idarəetmə (digital menecment), blokçeyn menecment və digər müasir fənlər tədris olunacaq. Tədrisin yekununda tələbələr həm BANM, həm də GBS-in diplomlarını alacaq.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov GBS ilə danışıqların uğurla nəticələnməsindən məmnun olduğunu söyləyib. O, Azərbaycanda ilk dəfə tədris olunacaq yeni MBA proqramının tələbələr arasında böyük maraq doğuracağını, eyni zamanda bu proqramın təhsilin beynəlmiləlləşməsində mühüm rol oynayacağını bildirib. Həmçinin rektor deyib ki, BANM-in bütün proqramları kimi, sözügedən MBA proqramı da beynəlxalq standartlara tam cavab verir.

GBS-in Cenevrə kampusunun rektoru Mark HattonBANM ilə Əməkdaşlıq haqqında razılaşmanın imzalanmasından məmnun olduğunu, xüsusilə birgə tədris olunacaq Neft və Qaz Menecmenti üzrə MBA proqramının ən yüksək keyfiyyətlə icrası istiqamətində Ali Məktəbə hərtərəfli dəstək göstərəcəklərini bildirib. Mark Hatton əlavə edib ki, bu əməkdaşlıqdan əsas gözləntisi tələbələrin daha çox sosial bacarıqlarının inkişafı və bu bacarıqların praktiki biznesdə tətbiq olunmasına nail olmaqdır.

GBS İsveçrənin ən nüfuzlu tədris müəssisələrindən biridir və dünyanın altı şəhərində bakalavr, magistratura və doktorantura üzrə təhsil verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.