Bu gün imtahan var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirəcək.
DİM-dən Milli.Az-a bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 92 binada təşkil olunacaq. İmtahan vermək üçün 23 min 89 bakalavr ərizə təqdim edib. Onlardan 21 min 372 nəfəri Azərbaycan bölməsi, 1717 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15 min 293-ü cari ilin, 7796-sı isə əvvəlki illərin məzunlarıdır, 55 nəfər xarici ölkə vətəndaşıdır.
Bu imtahanda 23 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahan bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Magistraturaya qəbul imtahanında bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.
İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Bakalavrlar imtahana gələrkən aşağı qeyd olunan sənədləri mütləq özləri ilə gətirməlidirlər:
- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
- İmtahana buraxılış vərəqəsini.
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
Milli.Az
XƏBƏR LENTİ
-
Sabah Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir - Nazirdən açıqlama
-
Tramp: İranla müharibə çox tezliklə başa çatacaq
-
Zelenski: Bu gün Ukraynaya endirilən zərbələr nəticəsində 25 nəfər ölüb
-
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
-
Soner Olgun süni tənəffüs aparatına qoşuldu
-
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar
-
Berna Laçin saxlanıldı
-
Bakıda avtobusda təhlükəli anlar - (Video)
-
Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
-
Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib? - Papikyan
-
Bakıda məktəbli qətli: Uşağı məsuliyyətdən yayındırmaq üçün saxta sənəd düzəldirlər? - (Foto)
-
Bakının 5 rayonunda torpaq və mənzillər bahalaşacaq - Açıqlama
-
Yeni Ramana küçəsində təmir başlayır
-
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
-
“Dəmir yolu müqaviləsini ləğv edə bilərik” - Paşinyan
-
Amansızlıqla qətlə yetirilən 24 yaşlı Fatimənin (Fotosu)
-
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
-
Dado və Elşad Xose bir arada - (Video)
-
Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?
-
Türkiyə millisində Montellanın yerinə keçəcək baş məşqçi müəyyənləşdi
-
Ukraynaya endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb
-
Zelim Tçkayev finalda məğlub olub
-
Ömər Rəcəbli dünya üçüncüsü olub





