Məzunlara diplom nə vaxt verilməlidir? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
4 illik tələbə həyatının ən önəmlisi diplomdur. Amma bəzi universitetlər nəinki diplomu məzun günündə vermir, hətta aylarla yubadır. Diplomların məzun günündə verilməsi təkcə tələbələrin arzusu deyil, həm də günün tələbidir. Çünki, diplomlarla ya işə düzəlir, ya da təhsillərini xaricdə davam etdirirlər.
Bəs diplomlar niyə digər xarici dövlətlərdə olduğu kimi vaxtında verilmir?
Milli.Az xəbər verir ki, hazırda 51 ali təhsil müəssəsində 190 min tələbə təhsil alır. Təxminən hər il 43 minə yaxın tələbə məzun olur. Qanunvericiliyin tələbinə əsasən, tələbə məzun olmazdan 10 gün ərzində onun təhsilini başa vurması ilə bağlı dövlət nümunəli diplom mütləq şəkildə verilməlidir. Çünki həmin şəxslər təhsilini tamamladıqdan sonra əmək münasibətinə cəlb edilir.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, qanunvericiliyə görə, artıq mart ayında tələbələrin bütün akademik öhtəliklərini yerinə yetirdiyi halda tələbənin bütün məlumatları tələbə məzmun sisteminə yerləşdirilməlidir. Həmçinin, Elm və Təhsil Nazirliyinə tələbələrlə bağlı məlumatlar göndərilməlidir.
Ekspert hesab edir ki, diplomların gec verilməsinin digər səbəbi isə diplomların xüsusi xətdatlar vasitəsi ilə yazılmasıdır. Ali təhsil müəssələrinin əksəriyyəti isə xəttatla işləyir. Bir nəfərin də bütün tələbələrin diplomlarını yazması aylarla vaxt alır.
Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, diplomlar təhsil müəssələri tərəfindən hazırlanaraq məzunlara təqdim olunur. Təhsil haqqında dövlət nümunəli sənədlər diplom blanklarının verilməsi üçün müəssələri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət edir və agentlik tərəfindən müraciətlərin hüquqi əsası araşdırıldıqdan sonra təhsil müəssəsinə müvafiq cavab bildirilir. Diplomların təqdim olunmasında gecikmələrin yaranması təhsil müəssəsinin müraciət etdiyi vaxt və digər məsələlərdə bağlıdır.
Aysel Əkbər
Milli.Az
XƏBƏR LENTİ
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Üzərinə “Şəhid anası” yazılmış nömrəsiz maşınla qaydaları pozdu, saxlanıldı - (Video)
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”





