Təhsil

Direktorun səsyazısı yayıldı - “Mənə dilənçi payı lazım deyil” - VİDEO

2 Mart 2025 11:36
Baxış: 1 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  səsyazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.

Məlumata görə, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib.

O, müəllimlərə "Mənə dilənçi payı lazım deyil" deyə irad bildirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən bu vəzifədə çalışır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.