Təhsil

Bu Təhsil Mərkəzinin təmirinə 6,4 milyon manat ayrıldı

27 Dekabr 2024 19:45
Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmiri işləri aparılacaq.

Bu barədə Milli.Az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, artıq bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi hazırlıq işlərini yekunlaşdırıb.

İdarə sözügedən işlərin icrasını "İdeal TM" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və onunla dəyəri 6,4 milyon manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, Peşə Təhsili Mərkəzinin əsaslı təmir işlərini icra edəcək "İdeal TM" (QSC) 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan QSC-nin qanuni təmsilçisi Əliyev Əfqan Tapdıq oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.