"Bu, ağlasığmaz bir dəhşətdir - konkret psixioloji terrordur şagirdlərə qarşı" - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Məktəbəqədər tədris ləğv olunmalıdır" - AÇIQLAMA"Elm və Təhsil Naziriliyinin gördüyü ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbə hazırlığa cəlb olunmasıdır. Biz ilkin nəticələri 10-15 ilə, real nəticələri, iqtisadiyyata verilən nəticələri isə 25 və ya daha çox ilə görürük. Düşünürəm ki, bunlar uzunmüddətli vaxta görülən işlərdir. Biz Elm və Təhsil Nazirliyi olaraq inanırıq ki, məktəbə hazırlıq üçün olan nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək" - bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı II beynəlxalq konfransda deyib.
Nazir bildirib ki, qarşıda olan digər çağırış isə məktəbə hazırlıqda 3-4 yaşı əhatə etməkdir.
Bəs görəsən uşaqların 3-4 yaşlarından təhsilə başlaması nə dərəcədə doğrudur?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, belə bir addım yolverilməzdir:
"Bu, qeyri adekvat yanaşmadır. Belə bir şey nə məntiqi, nə bioloji, nə də psixoloji olaraq mümkün deyil. Onsuz da uşaqları həddən artıq yükləmişik. Yaşlarına uyğun olmayan tədris proqramı ilə beyinlərini xarab etmişik. Dünyanın normal ölkələrində tədris proqramı 7 yaşdandır. Ümumiyyətlə dünya pedoqoqlarının, alimlərin çıxışlarında dəfələrlə qeyd olunub ki, 6 yaşlı uşağın beyni müasir tədris proqramını götürməyə qadir deyil. Qəti şəkildə bu, yolverilməzdir. Mən hətta 6 yaşdan da uşağın məktəbə getməsinin əleyhinəyəm. Məktəbə qədər tədris isə maksimum 6 yaşdan başlaya bilər. O da yüngül formada olmalıdır. Ümumiyyətlə məktəbəqədər tədris deyə bir şey yoxdur. Belə birşey lazım deyil. Uşaq 1-ci sinifə niyə gedir? Hərfləri, rəqəmləri öyrənməyə. Sən bunu məktəbdən əvvəl öyrədəcəksənsə, bəs 1-ci sinifdə nə öyrətmək fikrindəsən? Bunlar 1-ci sinifdən uşaqları yükləyir. İki-üç dil keçirlər. Məsələn faktiki olaraq rus sektrounda oxuyan uşaqlar eyni zamanda rus, azərbaycan və ingilis dili keçir. Eyni zamanda informatika keçir. Bu, ağlasığmaz bir dəhşətdir. Konkret psixioloji terrordur şagirdlərə qarşı. Belə bir şey yolverilməzdir. Məktəbəqədər tədris ləğv olunmalıdır. Bunun əvəzinə uşaqlar bağçaya cəlb olunmalıdır. Çox təəssüf ki, bizdə uşaqların sadəcə 25 faizi bağçaya vəlb olunur. 75 faiz uşaq üçünsə yer yoxdur. Bağçaların sayı artırılmalıdır. Uşaqlar məktəbə bağçada hazırlaşmalıdır. Uşaqların təbii bioloji inkişaf prosesi var və yalnız 7 yaşdan onların beyni tədris proqramını qəbul edir. 3-4 yaşdan bunu etmək mümkünsüzdür. Bu hal yolverilməzdir. Valideyinlərə tövsiyyə edirəm ki, uşaqlarını 7 yaşdan aşağı olduğu halda məktəbə göndərməsinlər".
Milli.Az
XƏBƏR LENTİ
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)





