Bu universitetlərin məzunları hər yerdə iş tapır - siyahı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Emerging HR" konsaltinq şirkəti tərəfindən hazırlanmış və eksklüziv olaraq "Times Higher Education" tərəfindən nəşr olunan qlobal məşğulluq reytinqi məzunları iş yerinə ən yaxşı hazırlayan universitetləri təqdim edir. Şirkətlər əmək bazarına ən hazırlıqlı məzunların hansı universitetlərdən gəldiyini araşdırıb.
Milli.Az modern.az-a istinadla xəbər verir ki, reytinq ABŞ-dan Yaponiyaya qədər 42 ölkənin 250 universitetini əhatə edir.
Reytinqin ilk 10-luğunda ABŞ və İngiltərə liderlik edir. Massaçusets Texnologiya İnstitutu birinci yerdədir. Daha sonra Kaliforniya Texnologiya İnstitutu, Stanford Universiteti və Harvard Universiteti, İngiltərənin Kembric Universiteti, ABŞ-nin Prinston Universiteti, İngiltərənin Oksford Universiteti gəlir. Asiyanın 2 universiteti - Tokio və Sinqapur Milli Universiteti müvafiq olaraq 8-ci, 9-cu yerdədir. Sıralamada 10-cu yerdə London İmperial Kolleci gəlir.
Fransa, Almaniya və Çin məşğulluq reytinqində Böyük Britaniya və ABŞ ilə birlikdə ən yaxşı təmsil olunan ölkələr sırasındadır.
"The Student" jurnalının redaktoru Seeta Bhardva deyir ki, işəgötürənlər yeni məzunlardan rəqəmsal bacarıqlar, iş təcrübəsi və sosial şüur da daxil olmaqla geniş bir bacarıq axtarır və dünyadakı universitetlərin bu ehtiyacları ödəmək üçün proqramlarını və təşəbbüslərini genişləndirdiyini görmək maraqlıdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
XƏBƏR LENTİ
-
Bəxtiyar Dali həbs edildi
-
Hərbi prokurorun səlahiyyətləri genişləndirilir
-
İspaniyada qapıçı ilə toqquşan futbolçu öldü
-
Özlərini bank və polis əməkdaşı kimi təqdim edənlər saxlanıldı - DİN-dən əməliyyat
-
“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər bəyanat yaydı
-
Daha bir tiktoker həbs edildi
-
"Qarabağ" klubu cərimələndi
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin məhkəməsi başlayır
-
Paytaxtda hava dəyişir - Proqnoz verildi
-
Qarabağda ev gözləyənlərə mühüm xəbər
-
İsmayıllı, Quba, Şəki... 4 günlük tətil cibimizə neçəyə başa gələcək?
-
Səbinə Əliyeva yenidən Ombudsman seçildi
-
Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
Paşinyan diktatura qurur, Qərb göz yumur
-
Milli Məclisin iclası başlayıb - (Yenilənib)
-
Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?
-
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
-
Prezident İlham Əliyev Panama Prezidentini təbrik edib
-
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
-
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
-
Oğuzda meşədə yanmış meyiti tapılan şəxs vəzifəli şəxs imiş
-
Vergi xidmətində korrupsiya əməliyyatı: Vəzifəli şəxs saxlanıldı - (Yenilənib)
-
Baş mühasib 50 min manatdan çox pulu mənimsəməkdə ittiham edilir





