Təhsil

Bu gün Şuşada 100-dən çox şagird tədrisə başladı - Direktor

16 Sentyabr 2024 11:57
Baxış: 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Şuşa şəhər 1 saylı tam orta məktəbdə 100-dən çox şagird tədrisə başladı.

Milli.Az bildirir ki,  bunu Trend-in suallarını cavablayarkən Şuşa şəhər 1 saylı tam orta məktəb direktoru Səbinə Gözəlova deyib.

O qeyd edib ki, 32 ildən sonra ilk dəfə Şuşada ilk zəng çalındı.

"Hər bir azərbaycanlı bu gün fəxrli və qürurludur. 32 ildən sonra öz torpaqlarına qayıdan hər bir Şuşa sakini övladının əlindən tutub məktəbə gətirib. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik. Bu gün 100-dən çox şagird tədrisə başladı. Oktyabr ayında isə məktəbəhazırlıq qruplarımız fəaliyyətə başlayacaq. Köç prosesi davam etdikcə şagird sayı da artacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunacaq. 2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagird təhsil alacaq. Həmin məktəblərin I sinfində 46 min 98, IX sinfində 44 min 233, X sinfində 35 min 757 , XI sinfində 32 min 260, XII sinfində 156 şagird təhsil alacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.