Kəlbəcərdə 528 şagird yerlik məktəb inşa olunur - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumi sahəsi 2,2 hektardan çox olan Kəlbəcər Şəhər Təhsil Kompleksinin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq. Burada STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər də təşkil ediləcək.
Milli.Az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu jurnalistlərə bildirib ki, kompleksin ərazisində, həmçinin 528 şagird yerlik məktəb inşa olunur. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, yataqxana, idman zalı və digər zəruri otaqlar yaradılacaq. Ümumi sahəsi 420 kvadratmetr olacaq modul tipli məktəbdə 2 inzibati otaq və 9 sinif otağı yerləşəcək.
V.Yaqublu qeyd edib ki, bu təhsil kompleksi təkcə öz infrastrukturu ilə möhtəşəm olmayacaq, burada həyata keçiriləcək yeni layihələr də diqqətəlayiqdir və onların hər biri Kəlbəcərin insan potensialının inkişaf etməsinə böyük dəstək olacaq. Məktəbin şagirdləri STEAM məşğələlərində iştirak edəcəklər. Bu onların həm riyazi biliklərini, həm də mühəndislik bacarıqlarını, incəsənət duyumlarını inkişaf etdirəcək. Peşə siniflərində şagirdlərə dərzilik, bərbər, santexnik, elektrik kimi müxtəlif peşələrlə yanaşı İT avadanlıqları ustalığı da öyrədiləcək.
İşğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyətə malikdir. Kəlbəcərdə ən müasir standartlara uyğun inşa olunan bu təhsil kompleksi də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirildiyinin əyani təzahürüdür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
XƏBƏR LENTİ
-
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlandı - Yenilənib
-
Kadir İnanır vəfat etdi
-
Professor Hökümə Əliyevanın violin sinfi üzrə tələbələrinin konserti keçirildi - FOTO
-
Klopp Almaniya millisini sərt tənqid etdi
-
Türkiyədə fişəng fabrikində partlayış baş verib, yaralılar var
-
Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb
-
İsmayıllıda kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı - Yenilənib - (Video)
-
Elman Himayətoğluna "Zirə"də vəzifə verildi
-
Venesuelada güclü zəlzələ: 589 ölü, 3000-ə yaxın yaralı - Yenilənib - (Video)
-
Zakir Həsənov generallara rütbələrini təqdim etdi - (Foto)
-
Yaponiyada 5,6 maqnitudalı zəlzələ olub
-
Bugünkü oyunları yayımlayacaq kanallar
-
"Qarabağ" Bəhlulun qayıdacağı tarixi açıqladı
-
Mirzə Mirzəyev BDU-ya prorektor təyin edildi
-
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
-
Sergey İvanov vəfat edib
-
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edildi
-
El Calor en Baku – Azerbaijan Tango Festival parlaq final ilə başa çatdı - (Foto)
-
Moskvada tibb mərkəzində soyuducudan 5 insan başı tapıldı
-
Abşeronda reyd: 122 motoxuliqan saxlanıldı
-
Simonyan məhkəmədə Köçəryana qalib gəldi
-
Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı
-
Rusiyanın itkiləri yeniləndi
-
Bakıya güclü leysan yağacaq - Xəbərdarlıq





