Təhsil

Türkiyə-Azərbaycan Universiteti harada yerləşəcək?

21 Fevral 2024 16:40
Baxış: 1 165
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ilindən tələbə qəbulu planlaşdırılır.

Axar.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

Müşavir bildirib ki, hər iki tərəfin müxtəlif universitetlərinin birgə təhsil proqramlarının tədrisi olacaq:

"İlkin mərhələdə texnoloji ixtisaslar üzrə qəbul planlaşdırılır".

Onun sözlərinə görə, ixtisas sayı gələcək üçün artırılacaq:

"Tədris binasının Bakıda yerləşməsi nəzərdə tutulub. Yaxın gələcəkdə iki ölkə arasında müqavilələr imzalandıqca daha detallı məlumat vermək mümkün olacaq. Türkiyə tərəfi akademik dəstək verəcək. İnzibati məsələlər isə Azərbaycan tərəfindən həll ediləcək. Növbəti tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu elan ediləcək".

O bildirib ki, əvvəlcə texniki, texnoloji ixtisaslar üzrə qəbul aparılacaq:

"Artıq bu yaydan tələbələr ixtisas seçimində Türkiyə-Azərbaycan Universitetini seçə biləcəklər. Türkiyə universitetləri ilə Azərbaycan universitetləri arasında sıx əməkdaşlıq olacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.