İqtisadiyyat

Sabah bu iki rayonda qaz olmayacaq

29 Noyabr 2021 18:42
Baxış: 2 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qaz İxrac" İdarəsinə məxsus "Cəfərabad" QPS-də aparılacaq təmir işləri ilə əlaqədar 30.11.2021-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək Şəki rayonunun (Şəki şəhəri və rayonun 30 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İB-dən bildirilib ki, həmçinin Goranboy rayonu ərazisində qaz təchizatı şəbəkəsində "Təmiz Qaz" QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı 30.11.2021-ci il tarixdə saat 09:00-dan 17:00-dək Goranboy rayonunda yerləşən əhali qrupu üzrə (Goranboy şəhəri və 63 yaşayış məntəqəsi) istehlakçıların qaz təchizatı dayandırılacaq.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.