İqtisadiyyat

Bakı-Tiflis-Qars dəmir yolu Naxçıvana da gedib çıxacaq

4 May 2010 13:27
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq ərazidə geoloji işləri aparacaq şirkətin seçilməsi məqsədilə tender elan olunub: "Bakı-Tiflis-Qars dəmir yolunun davamı olacaq bu yol blokadada olan muxtar respublikanın Azərbaycanla bağlantısını təmin edəcək".

Nazirlik rəsmisi ümid edir ki, Qars-İğdır-Naxçıvan dəmir yolu da yaxın illərdə tikilib istifadəyə veriləcək. S.Məmmədov Naxçıvan Muxtar Respublikası ərazisində Muxtar Respublikanı Türkiyə ilə birləşdirəcək 7 km uzunluğunda dəmir yolunun tikiləcəyini bildirib: "Gələcəkdə torpaqlar işğaldan azad olunandan sonra, Bakını Naxçıvanla birləşdirən dəmir yolunun fəaliyyəti bərpa olunacaq. Bununla da Naxçıvan regionda ən böyük nəqliyyat qovşaqlarından birinə çevriləcək".

Nazirlik rəsmisi Bakı-Tiflis-Qars yeni dəmir yolu bağlantısı layihəsi üzrə işlərin qrafik üzrə davam etdiyini, Axalkələk stansiyasının layihəsinin təsdiqləndiyini, həmçinin layihə üzrə Gürcüstan ərazisindəki mövcud yolun yenidən qurulmasına başlanıldığını vurğulayıb.

Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın "Azərinşaatservis" şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır. Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.

/APA/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.