Bakı şəhəri beynəlxalq mükafata layiq görüldü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhəri "Uzakrota" platformasının təşkil etdiyi səyahət mükafatları çərçivəsində "Dünyanın Aparıcı Turizm Destinasiyası Şəhəri" nominasiyası üzrə qalib elan olunub.
Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumata görə, bu nominasiyada qlobal səviyyədə səsvermə prosesi cari ilin oktyabr ayı ərzində keçirilib.
Eyniadlı nominasiya üzrə ikinci və üçüncü yerləri isə İstanbul və Amsterdam şəhərləri tutub.
Müsabiqədə 53 kateqoriya üzrə namizəd olan mindən çox turizm destinasiyası, hotel, hava yolu şirkəti, turoperator, onlayn səyahət platforması və başqa növ turizm təsisatları iştirak ediblər.
Türkiyənin səyahət və işgüzar tədbirlər üzrə aparıcı platformalarından biri olan "Uzakrota" artıq 11 ildir ki, "Beynəlxalq Səyahət Mükafatları" tədbirini təşkil edir.
"Uzakrota" tədbiri 2018, 2019 və 2020-ci illərdə fərqli platformalar tərəfindən dünya miqyasında ən nüfuzlu tədbirlərdən biri seçilib.
Ölkəmizin turizm imkanlarının beynəlxalq platformalar tərəfindən qiymətləndirilməsi haqqında danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın son günlərdə 4 beynəlxalq mükafata layiq görülməsinin sevindirici hal olduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan oktyabr ayı ərzində "28-ci Dünya Səyahət Mükafatları" tədbirində 2 nominasiyada, eləcə də maddi və qeyri-maddi şərabçılıq üzrə "İter Vitis" mədəni marşrutuna həsr olunmuş "Ən yaxşı ölkələrarası şərab turizmi məhsulu" nominasiyası üzrə qalib olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





