İqtisadiyyat

Yaşayış minimumunun məbləği və ehtiyac meyarı artırılır

27 Oktyabr 2021 12:16
Baxış: 4 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.

Milli.Az bildirir ki, bununla bağlı məsələ "2022-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.

Qanun layihəsi Milli Məclisə daxil olub və növbəti iclaslarda müzakirəyə çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə məbləği 196 manat manat olub.

Eyni zamanda, Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının 200 manat olması nəzərdə tutulur.

Bununla bağlı məsələ "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsi Milli Məclisə daxil olub və növbəti plenar iclaslarda müzakirəyə çıxarılıb. Qeyd edək ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.