Azərbaycan 2021-ci il Qlobal İnnovasiya İndeksində mövqeyini yaxşılaşdırıb - Əqli Mülkiyyət Agentliyi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cornel Universiteti (ABŞ), INSEAD Biznes Məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) birgə nəşri olan və bu il 132 ölkəni əhatə edən (keçən ilki reytinq 131 ölkəni daxil edirdi) Qlobal İnnovasiya İndeksi (GII) - 2021-in 14-cü nəşri yayımlanıb. Qlobal İnnovasiya İndeksi 2007-ci ildən nəşr edilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, Əqli Mülkiyyət Agentliyindən verilən məlumata görə, GII-2021 reytinqi innovasiya fəaliyyətinin potensialı, səmərələliyi və çərçivə şərtlərini əhatə edən 81 göstərici əsasında tərtib edilib. Təhlil edilən göstəricilər qanunvericilik, elm və təhsildən tutmuş bazar, biznes, infrastruktur və s. məsələlərinin inkişafına qədər geniş məlumatlar spektrini ehtiva edir. GII-nin nəşr edilməsinin əsas məqsədi ölkələrin innovasiya mexanizmlərinin səmərəliliyinin qiymətləndirməsinə imkan yaratmaqdır.
GII-2021 reytinqi innovasiya fəaliyyətinin iki yekunlaşdırıcı - "innovasiya resursları" və "innovasiya nəticələri" adlanan alt indekslərə daxil olan 7 qrup göstəricisindən ibarətdir. "İnnovativ resurslar" alt indeksi beş qrupa: 1 - qurumlar; 2 - insan kapitalı və elm; 3 - infrastruktur; 4 - daxili bazarın inkişafı və 5 - biznesin inkişafı - bölünməklə innovasiya prosesləri baş verən milli iqtisadiyyatın elementlərini qiymətləndirməyə imkan verir.
"İnnovativ nəticələr" alt indeksi iki qrupa: 6 - bilik və texnologiyaların yayılması və 7 - kreativ fəaliyyətin nəticələri - bölünməklə, innovasiya fəaliyyətinin faktiki nəticələrini əks etdirir.
GII-2021-in lideri İsveçrədir, onun ardınca İsveç, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Cənubi Koreya gəlir. Ən innovativ ölkələrin ilk onluğuna eləcə də Niderland, Finlandiya, Sinqapur, Danimarka və Almaniya daxildir. Çin, reytinqdə 12 -ci yeri alaraq, ikinci onluq ölkələr sırasına daxil olub.
Postsovet məkanı ölkələri arasında ən yaxşı göstəricilər Estoniyada - 21 -ci yer, Latviyada - 38-ci yer və Litvadadır - 49-cu yer. Rusiya 45-ci yeri, Azərbaycan isə ötən ilə nisbətən (82 -ci yer) reytinqini daha da yaxşılaşdırmışdır və 80-ci yerdə qərarlaşıb.
"İnnovativ resurslar" alt indeksi üzrə Azərbaycan reytinqdə MDB çərçivəsində Özbəkistanı (75), Ukraynanı (76), Moldovanı (80), Qırğızıstanı (81), Ermənistanı (85), Tacikistanı (104) qabaqlayaraq, 74-cü yerdə qərarlaşıb.
Bu alt indeks üzrə ölkənin ən yaxşı nəticəsini "Daxili bazarın inkişafı" bloku tutur - 36-cı yer. Bu blokda "Kredit" istiqaməti 33-cü yeri tutur, bu istiqamətə daxil olan "kreditin alınmasında əlçatanlıq" göstəricisi üzrə reytinqdəki bütün ölkələr arasında 1-ci, "mikromaliyyə kreditləri" göstəricisi üzrə 13-cü yerdədir.
"İnstitutlar" blokunda "iş mühiti" istiqaməti yüksək - 33-cü, "biznesə başlamağın asanlığı" göstəricisi isə 9-cu yerdədir. "İnsan kapitalı və elm" blokunda "ibtidai məktəbdə şagird-müəllim nisbəti" göstəricisi yüksək 8-ci yerdədir.
Qeyd etmək lazımdır ki, bu blokda "təhsil" inteqral göstəricisi üzrə Azərbaycan 2020-ci ildə 84-cü yerdən 2021-ci ildə 76-cı yerə keçərək öz mövqeyini yaxşılaşdırmışdır. Həmçinin qeyd edirik ki, Universitetlərin QS reytinqi üzrə Azərbaycan MDB ölkələri arasında Rusiya, Qazaxıstan, Ukrayna və Belarusdan geridə qalaraq, 5-ci yeri tutur. "İnnovasiya əlaqələri" istiqaməti üzrə ölkə "Universitetlər və sənaye arasında əməkdaşlıq" və "Klaster inkişafı" göstəricilərinə görə yüksək, müvafiq olaraq, 23-cü və 27 -ci yerləri tutur.
"İnnovativ nəticələr" alt indeksi də heç də az əhəmiyyətli olan alt indeks deyil. Əgər "İnnovativ resurslar" alt indeksi innovasiyalar üçün əlverişlilik səviyyəsini əks etdirirsə, "innovativ nəticələr" alt indeksi bu sahədə nailiyyətləri əks etdirir. Bu alt indeks nə qədər yüksək olarsa, innovativ imkanlar bir o qədər səmərəli istifadə olunur.
Azərbaycan "innovativ nəticələr" yekunlaşdırıcı alt indeksi üzrə Tacikistanı (96-cı yer), Özbəkistanı (100-cü), Qazaxıstanı (101-ci), Qırğızıstanı (119-cu) qabaqlayır və 91-ci yeri tutur.
"İnnovativ nəticələr" alt indeksinə münasibətdə qeyd etmək lazımdır ki, "Kreativ fəaliyyətin nəticələri" bloku üzrə Azərbaycan Gürcüstan (74), Belarus (93), Tacikistan (107), Qazaxıstan (110), Özbəkistan (113), Qırğızıstanı (120) qabaqlayaraq, 67-ci yerdədir.
Bu alt indeksdə diqqət çəkən əsasən əqli mülkiyyət obyektləri ilə müəyyən olunan və hansılar üzrə Azərbaycan 2020-ci ilin nəticəsini (56-cı yer) 2 pillə yaxşılaşdıraraq, 54-cü yeri tutan "qeyri-maddi aktivlər" vacib göstəricidir. Bu inteqral göstəricidə kifayət qədər yüksək yerləri əqli mülkiyyət göstəriciləri: sənaye nümunələri və əmtəə nişanları tutur ki, bunlar üzrə Azərbaycan reytinqdə vəziyyətini, müvafiq olaraq, 18 və 11 pillə yaxşılaşdırmışdır.
Həmin alt indeksdə İKT və təşkilati modelin yaradılması göstəricisi yüksək 35-ci yeri tutur.
"Bilik və texnoloji nəticələr" blokundakı "biliklərin yaradılması" inteqral göstəricisinə görə Azərbaycan mövqeyini 6 pillə yaxşılaşdıraraq, "rezidentlərin faydalı modellərə iddiaları" (39-ci yer) və "rezidentlərin ixtiralara iddiaları" (56 -cı yer) kimi əqli mülkiyyət göstəriciləri üzrə olduqca yüksək yerləri tutur.
Ümumiyyətlə, GII reytinq göstəricisinin bundan sonra yaxışlaşdırılması innovasiya resurslarının davamlı istifadəsi ilə əlaqələndirilir, başqa sözlərlə "İnnovasiya nəticələri" göstəricisinin (91-ci yer) "İnnovasiya resursları"na" (74-cü yer) çatdırılması ilə.
Qeyd etmək lazımdır ki, əqli mülkiyyət üzrə ən vacib göstəricilər, məhz sənaye mülkiyyəti göstəriciləri, yaxşılaşıb. Bu, rezidentlərin - milli iddiaçıların patent fəallığının artması ilə əlaqəlidir. Belə ki, ötən müddət ərzində "rezidentlərin ixtiralara iddiaları" üzrə irəliləmə 8 mövqe, "rezidentlərin faydalı modellərə iddiaları" üzrə - 11 mövqe, "sənaye nümunələri" üzrə - 18 mövqe, "əmtəə nişanları" üzrə - 11 mövqe, "patent ailələri" üzrə 12 mövqe olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə tədarük göndərilib
-
Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Neftin qiyməti yenidən gündəmdə - Bazarda son vəziyyət
-
Azərbaycanın Rusiyaya qeyri-neft ixracı artıb
XƏBƏR LENTİ
-
Sobanın altındakı siyirmənin əsl məqsədi üzə çıxdı
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı
-
"Sabah"ın qələbəsi ilə Azərbaycan avrokuboklarda zirvədə - Siyahı
-
"Sabah" UEFA Çempionlar Liqası tarixinə düşdü
-
Amerikalı müğənni Dolli Parton vəfat edib
-
Türkiyənin iki vilayətində zəlzələ olub
-
Halit Ergençin 15 illik gizli peşəsi ortaya çıxdı - (Foto)
-
“Qarabağ” “Sabah”ı təbrik etdi
-
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
-
Günün qoroskopu: Ailə üzvlərindən biri ilə bağlı xoş bir xəbər ala bilərsiniz
-
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
-
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
-
Tahir Gözəl və Qurbanovdan “Sabah”ın uğuruna reaksiya - (Video)





