Azərbaycana qarşı saxtakarlıq planı baş tutmadı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Çoxdan anlamağın vaxtı çatıb ki, "Doing Business" kimi hesabatların böyük dördlüyə daxil olan audit şirkətlərinin hesabatlarının, eyni zamanda böyük üçlüyə daxil olan reytinq agentliklərinin ölkələrə verdikləri reytinq göstəricilərinin tam əksəriyyəti düşünürəm ki, transmilli kapitala, qloballaşma institutlarına uzun dövr ərzində xidmət göstərib".
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

O bildirib ki, iqtisadi inkişaf nöqteyi nəzərdən real iqtisadi göstəricilərə istinad edilməlidir:
"Onlara istinadən ölkələrin real iqtisadi göstəricilərinin təhlil olunması sözsüz ki, nə effektiv, nə real hesab oluna bilər, nədə ki, elmi cəhətdən əsaslandırılmış bir təhlil kimi təqdim oluna bilər. Çünki açıq şəkildə uzun illər ərzində bu tip hesabatlar, göstəricilər qloballaşma institutlarının maraqlarına xidmət edib. Artıq peşəkar təhlilçilər üçün sirr deyil ki, bu tip hesabatlarda ölkələrə qarşı ikili standartlar aktiv şəkildə tətbiq olunub.
Real iqtisadi artım göstərən ölkələr, real mütərəqqi iqtisadi yanaşmalara istinad edən ölkələr zənnimcə bir çox hallarda bu tip institutlar tərəfindən açıq-aşkar aşağı dəyərləndirilib. Amma heç bir real iqtisadi, mütərəqqi idarəetmə yanaşmalarını tətbiq etməyən, lakin ehtiyyat dünya valyutalarını imisiya etmə hesabına öz inkişafını xeyli dərəcədə təmin etmiş olan ölkələr bu tip göstəricilərdə qeyri-obyektiv olaraq yuxarı pillələrdə yer alıb. Ona görə də iqtisadi inkişaf nöqteyi nəzərdən məhz real iqtisadi göstəricilərə istinad edilməli, iqtisadiyyatın inkişafı isə innovasiyaların, yüksək texnoloji tutumlu sahələrin inkişafı ilə müəyyən edilməlidir. Yoxsa, hansısa reytinq agentliklərinin, audit şirkətlərinin hesabatlarının yayılması sözsüz ki, real iqtisadi göstəriciləri, texnologiyaların inkişafını əvəz edə bilməz. Ona görə də hesab edirəm ki, "Doing Business" və bu tipli hesabatlardan biz öz iqtisadi siyasətimizin həyata keçirilməsi zamanı istinad nöqtələri kimi uzaqlaşmalı və milli iqtisadiyyatımızın dayanıqlı, eyni zamanda qabaqlayıcı inkişafını təmin edə biləcək innovativ idarəetmə siyasətini ölkəmizdə həyata keçirməliyik".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu





