İqtisadiyyat

“Neftin qiyməti 100 dollara qalxsa bazar çökər...”

7 Sentyabr 2021 16:12
0 Şərh     Baxış: 1 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftin bir barrelinin 65-75 dollar səviyyəsində qalması həm istehsalçılar, həm istehlakçılar üçün komfortludur. virtualaz.org xəbər verir ki, Azərbaycan əsilli rusiyalı neft maqnatı, "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov belə hesab edir.

Milli.Az xəbər verir ki, "Kommersant"a müsahibəsində Ələkbərov deyib ki, yüksək neft qiymətləri bazarı çökdürmək riski daşıyır.

"Neftin qiymətinin yenidən 100 dollardan yuxarı qalxmasını görmək istəməzdim, çünki bu aşağı rentabelli və az effektli layihələrə investisiyaları stimullaşdıra və sonra yenidən bizim yaşadıqlarımıza gətirib çıxara bilər-bazarı çökdürər",-V.Ələkbərov bildirib.

"Lukoil" prezidenti hesab edir ki, hasilatın azaldılması və ya artırılması mexanizmi kimi OPEC+ razılaşması "həmişəlik" qüvvədə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.