İqtisadiyyat

Böyük Britaniya Azərbaycandan məhsul idxalını artırıb

29 Avqust 2021 13:19
0 Şərh     Baxış: 1 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Böyük Britaniyaya ixracat ümumilikdə 227,5 milyon dolları keçdi ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə xeyli artımın olduğunu (23 dəfə) göstərir.

Milli.Az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın Azərbaycanın ümumi ixracatında payı 2020-ci ilin yeddi ayında 0,11 faizə qarşı 2 faizə çatıb.

Bununla yanaşı, 2021-ci ilin iyul ayının sonuna qədər Azərbaycana Böyük Britaniya məhsullarının idxalı 164,1 milyon dollar təşkil edib və Böyük Britaniyanın bir il ərzində Azərbaycanın ümumi idxalındakı payı 0,42 faiz azalaraq ümumi həcmin 2,61 faizinədək düşüb.

İki ölkə arasında 2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət əməliyyatlarının həcmi 391,6 milyon dolları keçib. Eyni zamanda, Azərbaycan ilə Böyük Britaniya arasındakı ticarət balansının saldosu hesabat dövründə müsbət olub və 63,4 milyon dollar məbləğində qiymətləndirilib.

Ümumiyyətlə, Azərbaycanın 2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17,69 milyard dolları keçib. Bunlardan ixrac 11,39 milyard dollar (64,4 faiz), idxal 6,3 milyard dollar (35,6 faiz) təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.