İqtisadiyyat

Qəhvə kəskin bahalaşıb

7 Avqust 2021 16:53
0 Şərh     Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nyu-York Fond Birjasında (NYSE) keçirilən son hərraclarda qəhvənin qiyməti son 7 ilin ən yüksək həddinə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, buna səbəb Braziliyada havaların soyuması, hava hərarətinin mənfiyə enməsidir.

Belə ki, "arabika" növlü qəhvənin 1 funtunun (454 qram) qiyməti 2014-cü ildən bəri ilk dəfə 2 ABŞ dollarından baha satılıb. Qiymətlər son günlərdə 30%, ilin əvvəlinə nisbətən isə 60% bahalaşıb.

Ən böyük qəhvə istehsalçısı ölkə olan Braziliyada ötən il də son 100 ilin ən böyük quraqlığı baş verib. Bu il isə qeydə alınan şaxtalı havalar üzündən qarşıdakı 3-4 ildə məhsulun azalacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.