İqtisadiyyat

“Məşğulluq marafonu”na qoşulan sahibkarların sayı artır

4 Avqust 2021 16:32
Baxış: 501
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış "Məşğulluq marafonu" çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışı əsasında sahibkarlıq subyektləri 25 nəfəri işlə təmin edib. İş yerləri 15 sahibkarlıq subyektinə məxsus olmaqla ölkənin 9 rayonunu əhatə edir.

KOBİA-dan Milli.Az-a bildirilib ki, KOBİA Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin məşğulluğuna dəstək olan sahibkarlara təşəkkürünü bildirir.

Hazırda "Məşğulluq marafonu" çərçivəsində digər sahibkarlıq subyektləri tərəfindən vakant iş yerlərinin müvafiq elektron sistemə daxil edilməsi prosesi davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.