İqtisadiyyat

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti dəyişdi

31 İyul 2021 10:26
Baxış: 3 888

Azərbaycanda bu gündən etibarən "Aİ-95" markalı benzinin qiymətində dəyişiklik edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Aİ-95" markalı benzinin 5 qəpik bahalaşaraq 1.45 AZN-dən satışına başlanılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur, əsasən Ruminiyadan Azərbaycana idxal olunur. Benzinin alış qiymətinin artması səbəbindən Azərbaycanda da qiymət 5 qəpik bahalaşıb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.