Büdcənin 6 aylıq gəlir və xərcləri ilə bağlı rəsmi məlumat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət büdcəsinin gəlirləri 12177,2 mln. manat proqnoza qarşı 11755,0 mln. manat və ya 96,5 faiz icra olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, Maliyyə Nazirliyinin hesabatına əsasən, cari ilin birinci yarımilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4342,0 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 851,6 mln. manat və ya 24,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 336,7 mln. manat və ya 8,4 faiz çoxdur. Həmin vəsaitin 73,1 faizi və yaxud 3175,3 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 276,2 mln. manat və ya 9,5 faiz çox olub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2038,2 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 259,7 mln. manat və ya 14,6 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 18,4 mln. manat və ya 0,9 faiz çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4696,7 mln. manat və ya altı aylıq proqnozla nəzərdə tutulduğundan 1403,2 mln. manat (23,0 faiz) az vəsait daxil olub.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 7,3 mln. manat vəsait daxil olmaqla proqnoza 135,2 faiz əməl edilib, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,7 mln. manat və ya 1,6 dəfə çox olub.
2021-ci ilin ilk altı ayı ərzində dövlət büdcəsinin xərcləri 12070,8 mln. manat proqnoza qarşı 11590,5 mln. manat və ya 96,0 faiz icra edilib.
Dövlət büdcəsi xərclərinin 7654,9 mln. manatı və ya 66,0 faizi cari xərclərə, 3052,1 mln. manatı və ya 26,4 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 500,2 mln. manat və ya 19,6 faiz çox), 883,5 mln. manatı və ya 7,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 mln. manat və ya 0,3 faiz çox) yönəldilib.
Sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 44,1 faizini təşkil etməklə 5111,7 mln. manat məbləğində icra olunub, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 127,3 mln. manat və ya 2,6 faiz üstələyib.
Hesabat dövründə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov daha iki nəfəri vəzifəsindən azad etdi - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)





