İqtisadiyyat

Təkrar qarğıdalı əkininə görə hər hektara 86 manat subsidiya veriləcək - FOTO

13 İyul 2021 17:54
0 Şərh     Baxış: 1 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkədə təkrar qarğıdalı əkini aparan fermerlərə hər hektara görə 86 manat subsidiya veriləcək.

Bu barədə Milli.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bu, fermerlərə bir ildə ikinci dəfə subsidiya almaq imkanının tanınması deməkdir: "Bu, Aqrar Subsidiya Şurasının qərarına əsasən təstiqlənib. Azərbaycanda məhsul yığımından sonra təkrar əkinlərin aparılması ənənələri genişlənir. Fermerlər faraş tərəvəz yığımı və taxıl biçinindən sonra payızlıq əkinlərə qədər ikinci məhsul əkini həyata keçirirlər. Təkrar əkinlər üçün əksər hallarda qarğıdalı bitkisinə üstünlük verilir.

Qarğıdalı əsasən arpa biçinindən sonra təkrar əkin üçün istifadə olunur. Bu il isə təkrar əkinlərə dövlət dəstəyinin miqyası genişlənib.

Təkrar əkinlərin həm məhsul artımı, həm də fermerlərin gəlirlərinin artması baxımından böyük əhəmiyyəti var. Bu sahəyə dövlət dəstəyinin artması fermerlərə ildə iki dəfə məhsul götürmək və torpaq resurslarından maksimum, səmərəli istifadə etmək imkanı verir. Təkrar qarğıdalı əkini həm də heyvandarlğın yem bazasının yaxşılaşdırılması baxımından əhəmiyyət kəsb edir".

Nazirlikdən bildiriblər ki, fermerlər təkrar əkinlərə görə subsidiya almaq üçün öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidir. Subsidiya üçün elektron müraciətlərin müddəti avqustun 31-də başa çatır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.