İqtisadiyyat

"SOCAR Türkiyə" "yaşıl enerji" istifadəsini artırır

15 İyun 2021 20:16
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsinin 22 məntəqəsi, o cümlədən Vadistanbuldakı mənzil-qərargahı "yaşıl enerji" mənbələrindən alınmış elektrik enerjisindən istifadə edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "SOCAR Türkiyə"nin baş direktoru Zaur Qəhrəmanov deyib.

O bildirib ki, 2021-ci ildə bütün məntəqələrdə istifadə olunan elektrik enerjisinin həcmi 14,5 milyon kilovatt/saata çatacaq və bu, bərpa olunan enerji mənbələri hesabına təmin olunacaq.

Qeyd edək ki, SOCAR sənayedə ekoloji təhlükəsizlik üzrə beynəlxalq standartlara cavab verən şirkətlər sırasına daxildir.

SOCAR daim istehsalat obyektlərində ekoloji təhlükəsizliyin monitorinqini həyata keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.