Ölkə üzrə çöl torpaq tədqiqatı işlərinə başlanılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkə üzrə çöl torpaq tədqiqatı işlərinə başlanılıb.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən işğaldan azad olunmuş Ağdam, Cəbrayıl və Füzuli rayonları ərazisində torpaq tədqiqatı işləri aparılıb. Bu rayonlar üzrə mərhələli şəkildə torpaq nümunəsi götürülərək torpaq və geobotaniki tədqiqatlar laboratoriyasına təhvil verilib. Analiz nəticələrinə əsasən, torpaqların keyfiyyəti, hansı növ bitkilərin əkilməsinin daha səmərəli olması müəyyən ediləcək.
Torpaqların mövcud vəziyyətinin, münbitliyinin, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən olunması, torpaqların səmərəli istifadəsinə nəzarət edilməsi məqsədilə ölkə üzrə irimiqyaslı çöl torpaq tədqiqatı işləri də aparılır. İlkin olaraq Neftçala rayonunun dövlət mülkiyyətində olan 30284 hektar ərazisində irimiqyaslı torpaq tədqiqatı işləri yerinə yetirilib. Rayonun qış otlaqlarında torpaq tədqiqatı işlərinin aparılması üçün işçi qrupları yaradılıb. Çöl işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi məqsədilə bütün qruplar müasir sahəvi ləvazimatlarla təmin olunub. İlk dəfə olaraq çöl torpaq tədqiqatında müasir dövrün tələblərinə uyğun olaraq "TFA DOSMAN" cihazı vasitəsilə torpağın nəmlik dərəcəsinin miqdarı müəyyən edilib. Bununla həmin torpaqların şorlaşma dərəcəsi və bitkilərin məhsuldarlığında önəmli faktorlardan biri olan torpağın turşuluq və qələviliyinin norma daxilində olub-olmaması məlum olur. Nəticədə məhsuldarlığı yüksək olan hansı növ bitkilərin əkilməsinin daha səmərəli olması müəyyən edilir.
Tədqiqat zamanı həmçinin, aşkara çıxan qanunazidd fəaliyyət göstərən süni balıq gölləri, qış otlağı ərazilərinin qanunsuz olaraq əkin məqsədilə istifadə edilməsi və ərazilərdə qrunt suyunun səthə çıxması nəticəsində torpaqların yararsız vəziyyətə düşməsi halları ilə bağlı müvafiq qurumlara məlumatlar göndərilib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çöl torpaq tədqiqatı işləri ölkəmizin digər bölgələrində də davam etdiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Zidan Ronaldonu müdafiə etdi





