KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar sərgidə iştirak edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakı Ekspo Mərkəzində öz işinə başlamış 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi - "InterFood Azerbaijan 2021" sərgilərində mikro və kiçik sahibkarlar da məhsul və xidmətlərini təqdim edirlər.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Milli.Az-a verilən məlumata görə, agentliyin dəstəyi ilə yaradılmış xüsusi stenddə 9 mikro və kiçik sahibkarlıq subyekti tərəfindən müxtəlif bitki çayları, ədviyyat, yağlar, meyvə quruları, çərəzlər, qablaşdırma məhsulları və s. nümayiş olunur. Bakı və Gəncə şəhərlərini, Abşeron, Qəbələ və Zaqatala rayonlarını təmsil edən KOB-lar onlar üçün ayrılmış xüsusi stenddə məhsul və xidmətlərini təqdim etməklə yanaşı, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün müxtəlif işgüzar görüşlər keçirirlər.
Sərgilər sahibkarlarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin satış imkanlarını genişləndirməsi və işgüzar əlaqələrinin inkişafı baxımıdan əhəmiyyətlidir. KOBİA 2018-ci ildən etibarən startapların, mikro və kiçik sahibkarların məhsul və xidmətlərini ixtisaslaşmış sərgilərdə təqdim etməsinə dəstək göstərir. İndiyədək Agentliyin bu dəstəyindən 170-dən çox startap, mikro və kiçik sahibkarlıq subyekti yararlanıb.
KOBİA həmçinin "Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgilərinə dəstək göstərən qurumlar sırasındadır.
Qeyd edək ki, "Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgiləri koronovirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgilərdir. Sərgilərdə dünyanın 30-a yaxın ölkəsindən 240-dan çox şirkət iştirak edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
XƏBƏR LENTİ
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyanın yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto/Video)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi





