Qarabağda taxıl biçini başlayıb - REPORTAJ - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarabağda taxıl biçini başlayıb.
Trend-in Qarabağ bürosunun çəkiliş qrupu bölgədə arpa və buğda biçininin gedişini izləyib, fermerlərlə söhbətləşib.
Sahibkarlar bildiriblər ki, biçin sürətlə davam edir və heç bir problem yoxdur. Bu il məhsuldarlıq yüksəkdir, texnika sarıdan da heç bir çətinlik yaranmayıb.
Fermer Məhəmməd Hüseynov hesab edir ki, bu il əvvəlkindən daha çox məhsul götürəcək: "Biçinə başlamışıq, məhsulumuz bol olacaq. Texnika ilə təmin olunmuşuq. Heç bir problemimiz yoxdur. Əminik ki, gələn il azad edilmiş ərazilərdə daha çox taxıl əkəcəyik və ölkəmizə daha çox xeyir verə biləcəyik".
Ağdam Arqar İnkişaf Mərkəzinin direktoru Ramal Məmmədovun sözlərinə görə, bu il əvvəlkindən daha çox sahədə taxıl əkilib: "Bu il ilk dəfə azad edilmiş bəzi ərazilərdə də əkin aparılıb. Hazırda intensiv biçin gedir. Fermerlərimiz növbəti mövsümdə azad edilmiş ərazilərdə daha çox taxıl əkməyi planlaşdırır".
Sahibkar Möhübbət Hüseynov da məhsulun bolluğundan razıdır. O, qeyd edib ki, bu il əkini böyük həvəslə aparıblar: "Torpaqlarımız işğaldan azad edilib, rahatlıqla əkin-biçin işlərimizi görürük. Ərazilər minalardan təmizləndikdən sonra əkin sahələrimiz genişlənəcək və biz taxıl istehsalını artıracağıq".
Videoreportajı təqdim edirik:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Üzərinə “Şəhid anası” yazılmış nömrəsiz maşınla qaydaları pozdu, saxlanıldı - (Video)
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”





