İqtisadiyyat

Kəskin ucuzlaşma olacaq - Şad xəbər

11 May 2021 18:48
Baxış: 3 340

Elektrik mühərrikli avtomobillərin idxalının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması istiqamətində iş aparılır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənədə qeyd edilib ki, ekoloji və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı, dövlət qeydiyyatı və istismarının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması, habelə hibrid avtomobillərin idxalı zamanı əlavə dəyər vergisindən, istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılması, elektrik mühərrikli və istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin dövriyyəsi ilə bağlı alıcılar üçün güzəştli kredit şərtlərinin tətbiqi ilə əlaqədar stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində müvafiq işlər aparılır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.