İqtisadiyyat

Daşımalar üçün verilən "İcazə" blankı dövlət büdcəsinə 1 milyon manatdan çox gəlir gətirib

27 Aprel 2021 15:59
Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hesabat dövrü ərzində beynəlxalq avtomobil daşımaları həyata keçirən yerli daşıyıcılara 25517 ədəd "İcazə" blankının verilməsi nəticəsində dövlət büdcəsinə 1 milyon 166 982 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

Bu barədə Milli.Az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər.

Xarici daşıyıcıların Azərbaycan Respublikası ərazisinə, eləcə də Azərbaycan daşıyıcılarının xarici dövlətlərin ərazilərinə beynəlxalq avtomobil daşımalarını həyata keçirməsi üçün 2021-ci ilin yanvar-mart ayları ərzində Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə xarici dövlətlərin səlahiyyətli dövlət orqanları arasında aşağıdakı növdə və sayda "İcazə blankları" mübadilə edilib:

- Giriş,çıxış və tranzit keçid üçün - 120875 ədəd;
- 3-cü ölkəyə/ölkədən daşımalar üçün - 11405 ədəd;
- Beynəlxalq sərnişindaşımaları üçün - 1350 ədəd;

Beynəlxalq Nəqliyyat Forumunun Çoxtərəfli Kvota sistemi çərçivəsində Azərbaycan üçün müəyyən edilmiş çoxtərəfli illik "İcazə"lərin sayı 1140 ədəd, çoxtərəfli aylıq "İcazə"lərin sayı isə 240 ədəd təşkil edib.

Hesabat dövrü ərzində beynəlxalq avtomobil daşımaları həyata keçirən yerli daşıyıcılara 25517 ədəd "İcazə" blankının verilməsi nəticəsində dövlət büdcəsinə 1 milyon 166 982 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.