BP-nin Gürcüstan üzrə ölkə rəhbəri azərbaycanlı təyin edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə BP-nin Gürcüstan üzrə ölkə rəhbəri Aytən Hacıyeva arasında görüş keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, səfir F.Quliyev A.Hacıyevanı yeni təyinatı münasibətilə təbrik edib, Azərbaycan Respublikası vətəndaşlarının böyük transmilli şirkətlərdə yüksək vəzifə tutmasının önəmini vurğulayıb.
Səfir BP-nin neft və qaz sahəsində ölkəmizin əsas tərəfdaşlarından olduğunu və regionda həyata keçirilmiş iri enerji infrastrukturu layihələrinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, eləcə də, Cənub Qaz Dəhlizinin bu uzunmüddətli əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd etmişdir. Diplomat bu illər ərzində SOCAR ilə BP arasında sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırmışdır.
Görüşdə A.Hacıyeva BP-nin Gürcüstandakı fəaliyyəti və gələcək planları barədə məlumatları bölüşmüşdür. O, bildirmişdir ki, bu il BP-nin Gürcüstanda fəaliyyətinin 25 ili tamam olur və hazırda şirkət neft və qaz sektoru ilə yanaşı, gələcəkdə Gürcüstan və regionda bərpa olunan enerji sahəsində layihələrin həyata keçirilməsini də təşviq edir.
Görüşdə tərəflər Gürcüstanda biznes mühiti, bu ölkədə Azərbaycan şirkətlərinin fəaliyyəti və onlar tərəfindən yatırılan sərmayələr ətrafında müzakirələr aparmış, bu xüsusda Gürcüstanda Azərbaycan İş Adamları Birliyinin (AZEBİ) fəaliyyətinin əhəmiyyətini vurğulamışlar. Həmçinin, söhbət zamanı hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə birgə tədbirlərin təşkili, habelə, Azərbaycan şirkətləri tərəfindən Gürcüstanda həyata keçirilən sosial layihələrlə bağlı fikir mübadiləsi aparılmışdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
XƏBƏR LENTİ
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
-
Fərhad Gündoğdu saxlanıldı
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
UEFA Mbappeyə ağır cəza verdi
-
Türkiyə ərəb dünyasına liderlik edə bilərmi? - Əsas maneə açıqlandı
-
Hava ilə bağlı son məlumat
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
Bərdədə at arabasını avtomobil vurdu - Ölən var
-
"Qarabağ"ın legioneri millidə zədələndi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Millətlər Liqası: Fransa Belçika yığmasına qalib gəldi
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Paytaxtın 17 küçəsində tıxac var
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə





