Fermerlər bu halda cərimələnəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə təklif edilən dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, layihəni Milli Məclisin deputatı Kamal Cəfərov təqdim edib. O bildirib ki, kənd təsərrüfatı sahəsində, xüsusilə subsidiyaların verilməsində korrupsiyanın qarşısının alınması və dövlət dəstəyinin fermerlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb: "Daha sonra elektron kənd təsərrüfatı sistemi yaradılıb. Bununla da kənd təsərrüfatı ilə məşğul olan dövlət qurumları və fermerlər arasında korrupsiya imkanları 0-a bərabər olub. Bildiyiniz kimi, hazırda cari mexanizmə əsasən fermerlər subsidiyanın yalnız 25% nağdlaşdıra bilər, geri qalan 75% isə bank əməliyyatları vasitəsilə müvafiq kənd təsərrüfatı məhsulları ala bilirlər. Müvafiq təcrübə göstərir ki, bəzi hallarda fermerlər gübrə və petisid satışını həyata keçirən şirkətlərlə cinayət əlaqəsinə girərək, həmin 75%-lik məbləğ olan fermer kartını isə heç bir məhsul almadan daha aşağı qiymətə həmin şirkətlərə satırdılar. Yəni indi korrupsiya halları fermerlər və kənd təsərrüfatı məhsulları satışını həyata keçirən özəl şirkətlər arasında mövcuddur. Fermerləri bu cür əməllərdən çəkindirmək, kənd təsərrüfatı təyinatlı dövlət subsidiyasının məhz kənd təsərrüfatının inkişafına sərf edilməsində hüquq-mühafizə tədbirlərini təmin etmək üçün İXM yeni maddənin əlavə edilməsi təklif edilir".
Qeyd edək ki, Məcəlləyə 411-2-ci maddənin əlavə edilməsi təklif edilir. Bildirilir ki, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması fermer tərəfindən "Elektron kənd təsərrüfatı" informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə - xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir".
Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
-
Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
Tramp anlaşılmaz səslər çıxardı - (Video)
-
Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
-
Qazini qətlə yetirən şəxs saxlanıldı - Yenilənib (Foto)
-
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub





