İqtisadiyyat

Rusiyaya ixrac olunan ədviyyat məhsullarında bakteriya aşkarlandı

17 Fevral 2021 18:44
Baxış: 1 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Rusiyaya ixrac olunan müxtəlif çeşidli ədviyyat məhsullarında bağırsaq çöpləri qrupu bakteriyaları aşkar edib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Dilqəm-20" MMC tərəfindən Rusiya Federasiyasına ixrac olunan müxtəlif çeşidli ədviyyat məhsullarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinə nəticələrinə əsasən məhsullarda bağırsaq çöpləri qrupu bakteriyaları aşkar olunub.

Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, istehlaka yararsız ümumi çəkisi 23.4 kq qurudulmuş kök, 28.4 kq qurudulmuş cəfəri, 79.1 kq toyuq üçün ədviyyat və 87 kq acılı marinad məhsulu partiyası Təhlükəli Tullantılar Poliqonunda məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.